Erməni genosidi: fransız xalqının dilindən….
26 Jan 2012 Şərh yazın
Fransada oxuyan tələbə olduğum üçün gündəmdə olan bəzi siyasi problemlər istər istəməz məni də düşündürür. Ona görə mən də bu haqda öz fikirimi bildirmək istərdim. Əvvəlcə bunu bildirmək istərəm ki, Fransız xalqının içərisində olduğum üçün əminliklə deyə bilərəm ki, erməni genosidi problemi xalqı heç maraqlandırmır. Olduğum şəhərdə yeganə azərbaycanlı və ya türk mən olduğum üçün hər kəs beynindəki sualları məndən soruşur: “ Erməni genosidi söhbətinə necə baxırsan?” – bu sualı çox tez-tez eşidirəm. Mən onlara deyirəm ki, “ Sadəcə tarixi yaxşı bilmək lazımdır, araşdırsanız özünüz cavabı taparsınız, bəs siz necə baxırsınız?!”.
Bu haqda mən reportaj hazırladım və bunu sizlərə çatdırmaqda özümə borc bilirəm. Çünki Azərbaycan da hər kəs Fransız milliyətini təhqir edir. Və bu da reportaj :
Gustav Heron ( 23 yaş, Magistr, Ecenomy) : Düzdür, bu haqda danışmağa qadağa qoyula bilər, istərəm ki, qadağa qoyulmamış öz fikirimi bildirim ( gülür ), dostum, sözün düzü ermənilərin nə zaman Fransaya gəldiyindən xəbərim yoxdur.Düzünü desəm tarixlərini də bilmirəm. Ancaq Türk xalqları tarixi nəinki mənə bütün dünyaya məlumdur. Ottoman ( osmanlı) imperiyası həmişə digər xalqlara köməklik edib. Əgər sənin dediyin kimi, erməni xalqı Ottomanin tərkibində olubsa əminəm ki, onlara dəstəyindən məhrum qoymayıb. Bu səbəbdən deyə bilərəm ki, bu genosidin olmağı şübhə altındadır.
Antoni Marian ( 19 yaş, bakalavr, hüquq): Bu qadağa hansı insan haqlarına aiddir? Əgər hakimiyyətimiz başqa millətin hüquqlarına görə öz millətimizin hüquqlarını pozursa deməli bu cinayətdir və hər bir cinayətin öz məsuliyyəti olmalıdır.
Gabriel Costa ( 20 yaş, bakalavr, hüquq) : Yaşasın inqilab!!!
Rems Bienvenot ( 37 yaş, Civil hüquq) : Öncəlikə sənə deyim ki, belə bir sorğu hazırladığın üçün təşəkkür edirəm. Səninlə dərsdə də bu haqda danışmışıq. Burada insanların, xüsusilədə tələbələrin rifahı yaxşı saxlanılması üçün istənilən yardım göstərilir. Ancaq kiçicik bir səhv bütün xalqın rifahını pozur. Türklərlə siyasi-iqtisadi əlaqələri möhkəmləndirməkdənsə, belə bir addımın atılmağı ağıla sığmazdır. Şarl de Qoll-un seçkilərdə uduzmağına səbəb bələdiyyə seçkilərində partiyasının müvəffəqiyyətsizliyi olmuşdu. Fikir ver, bir bələdiyyə seçkilərinin səhvi nəticəsində, Fransız xalqının qəhramanı növbəti dəfə prezident ola bilmədi. Əgər bu gün də siyasi addımda belə düşüncəsizlik edilirsə deməli bu qurum müvəqqəti olacaq. Kəmal paşa nəinki Avropaya və hətta bütün dünyaya sübut etmişdir ki, türklər mədəni, yenilməz, səbrli xalqdır.
İsabella Rose ( 21 yaş. Bakalavr, informasiya): Türklər əladır. Belə şey istəməzdim olsun. Yaraşıqlı türk oğlanların buranı tərk etməsini heç birimiz istəmərik.
İyad Muhammed ( 20 yaş, bakalavr, tarix): Qardaşım, özün bilirsən ki, mən Tunisliyəm. Tunis böyük və qanlı inqilabı geridə qoydu. Kim bizə demokratiyanı gətirdi? Təbii ki, Türkiyə. Buna görə də əminliklə deyirəm ki, tarix səhifəsi parlaq olan ölkələr heç vaxt soyqırım etməz. Türklər bizim qardaşımızdı. – Sonra – Kurtlar vadisinin sonuncu seriyasına baxdın? Polatı vurdular.
Samir Saci ( 30 yaş. ???) : Bu dövlətin kiminsə soyqırımından danışmağa haqqı yoxdur. Çünki özü Əlcəzayırda böyük qətliyəm törədib. Tarix bu dövləti əfv edib. Türklərə gəlincə, günü gündən sözü digər müsəlman dövlətlərində keçən Türkiyənin güclənmısini, nəinki Fransa əminəm ki, digər dövlətlərdə istəməz. Çox təəssüf edirəm. Unutma ki, İslamı yaşadan dövlət heç vaxt hansısa xalqı divan tutmaz.
Alexis Sartini ( 19 yaş, bakalavr, beynəlxalq münasibətlər): Mənim yeganə tanıdığım türk sənsən və səmimi deyirəm bura gələndən göstərdiyin mədəniyyətin və hərəkətin məni əmin edir ki, heç bir genosid etməyib türklər…
Mən milliyətçidəndə, ərəbdəndə, sağçıdanda, solçudanda, liberaldanda, sosial demokratdanda istədiyimi aldım dostlar. Əgər xalqımız və ya Türklər haqqında bu düşüncədə olan Fransızlar haqqında bəziləriniz kimi agressiv düşünmək olarmı?
“Bundan sonra fransız yazarlarnın kitablarını nəşr etməyəcəyəm”, “Bundan sonra Fransız musiqisini oxumayacağam” – deyən ziyalılarımıza və özünü harasa qoymuş müğənnimizə nə deyəsiniz?
Mədəniyyətin, musiqinin, kitabların milləti yoxdur. Əfsuslar olsun ki, şovinistləşmə başlayıb Azərbaycanda. İstiqamətimizi demokratiya və azad düşüncə yolundan ayırmamalıyıq. Siyasi arenada Türklərə və Azərbaycanlılara qarşı bir yanlış varsa, bu səhvi özümüzdə axtarmalıyıq… Əks halda heç bir zaman xeyir və qazanc əldə edə bilmərik. Başqasını mühakimə etməmişdən əvvəl özümüzü mühakimə etməyi bacarmalıyıq.
Azərbaycan Fransaya tələb edir, insan haqlarını pozursunuz deyə. Bəs biz öz-özümüzdən insan haqlarını istədik mi? Birinci özümüzdə olan probleməri həll etmək lazım olduğunu unutmayaq. Fransa hakimiyyətindəki səhvlərlə ayaqlaşmaq qeyri-mümkündür. Lakin özümüzdə və Türkiyə diplomatiyasında da səhvi axtarmaq məqsədəuyğun olar.
Ümid edirəm ki, bu söz-söhbət tez bir zaman da bitəcək və dövlətlər arası münasibətlər düzələcək. Çünki bizim Fransadan və Fransanında bizdən öyrənəcəyi hələ çox şey var.
Və sonda deyə bilərəm ki, bu gün dərsdən sonra fransız dostlarımla musiqi otağına gedib piano ifa etdik. Mənsə dörd musiqi ifa etdim : Osmanlı imperiyasının Mehter Marşı (ceddin deden), Türkiyə dövlət himni, Azərbaycan dövlət himni, Sarı gəlin.
Nejat
26.01.2012

Son şərhlər